Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

02 fevral 2024 | 20:09
02 fevral 2024-cü il tarixində Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Vətən müharibəsi iştirakçıları və qazilər, şəhid ailələrinin üzvləri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanda gənclər siyasətinin hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu, bu siyasətin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlılığını vurğulayaraq, Dövlət gənclər siyasətinin Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib. Bildirilib ki, Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri günü-gündən ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafı üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi.
Tədbirdə çıxış edən digər natiqlər də gənclər sahəsində görülən işlərlə bağlı fikirlərini bildiriblər.
Sonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fəallığa görə bir qrup rayon gənci fəxri fərmanla təltif olunub.
Keçidlər