Göygöl rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub
01 fevral 2025 | 15:50
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İHB-sı Aparatının məsul şəxsləri və könüllüləri, rayonun idarə və müəssisələrinin əməkdaşları, müəllimlər və gənclər iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və xatirəsi ehtiramla anılıb. Tədbirdə ilk öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan gəncləri gününə həsr olunmuş videoçarx təqdim olunub.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev gəncləri 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, ölkəmizdə gənclərə verilən yüksək qiymətdən, gənclərlə iş sahəsində aparılan məqsədyönlü siyasətdən, bu düşünülmüş siyasətin nəticəsində yetişən güclü Azərbaycan gəncliyindən və onların vətən müharibəsində göstərdikləri şücaətdən ətraflı məlumat verdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı və gənclərə hal-hazırkı dövrdə onların üzərinə düşən vəzifələr barədə öz tövsiyələrini verdi.
Tədbirdə çıxış edən gənclər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etmiş bir qrup gənc Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular. Sonda xatirə fotosu çəkdirildi.