Göygöl rayonunda 17 iyun -Tibb işçilərinin Peşə Bayramı Günü qeyd edilib
18 iyun 2023 | 11:27
17 iyun -Tibb işçilərinin Peşə Bayramı Gün Göygöl rayonunda səhiyyə işçiləri ilə birgə qeyd olunub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. Göygöl RMX PHŞ akt zalında keçirilən Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, rayon Mərkəzi Xəstəxanası–Publik Hüquqi Şəxsin rəhbərliyi və bir qrup tibb işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən RİHB müavini Kəmalə İbrahimova Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən başlayaraq ölkəmizdə səhiyyənin inkişafı sahəsində bir sıra mühüm islahatların həyata keçirildiyini, müstəqillik illərində müasir xəstəxana binalarının tikilərək istifadəyə verildiyini və müasir səhiyyə infrastrukturunun yaradıldığını diqqətə çatdıraraq, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən səhiyyənin inkişafına xüsusi diqqət yetirildiyini, əhalinin sağlamlığının qorunması dövlətin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Dövlət başçısının rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Tibb İşçilərinin Peşə Bayramı ərəfəsində Azərbaycan Respublikasının səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir sıra səhiyyə işçisi, o cümlədən Göygöl RMX PHŞ-n həkim-terapevti Nağdalıyev Nəriman Məmməd oğlu “Tərəqqi” medalı ilə təltif edilib. Onu da bildiririk ki, əvvəlki illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Əməkdar həkim” adına layiq görülmüş ailə həkimi pediatr Nağıyeva Pəri Haxverdi qızı və “Tərəqqi” medalı ilə təltif edilmiş həkim otorinolarinqoloq Musayev Vilayət Novruz oğlu və həkim Ağayev Səyavuş Əhliman oğlu da Göygöl RMX PHŞ-də çalışırlar.
Eyni zamanda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir sıra tibb işçisi Göygöl Rayon İcra Hakimiyyətinin başçısının Elvin Paşayevin müvafiq Sərəncamı ilə Fəxri Fərmanla təltif ediliblər.
Əlavə olaraq onu da qeyd edirik ki, Göygöl RMX PHŞ-lə bərabər Göygöl rayonunda Kardiorevmatoloji sanatoriya, baş həki Kamil Hüseynov və “Ümid” özəl klinikası, təsisçi “Əməkdar həkim” Hamlet Ömərov tərəfindən əhaliyə yüksək səviyyədə səhiyyə xidməti göstərilir.
Bütün tibb işçilərini 17 iyun - Peşə Bayramı Günü münasibəti ilə təbrik edirik.