Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda “17 İyun - Səhiyyə İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib

17 iyun 2024 | 11:04
Göygöl Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində “17 İyun - Azərbaycan Respublikası Səhiyyə İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, RMX PHŞ direktoru Vasif Əliyev, baş həkim Vüsalə Qələndərova, həkimlər və rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak ediblər. Əvvəlcə İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad edilib, sonra Xəstəxananın akt zalında toplantı keçirilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tibb işçilərini “Peşə Bayramı Günü” münasibətilə təbrik edərək, səhiyyə işçilərinin Peşə Bayramı Gününün təsis olunmasından, Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlardan, maddi-texniki bazanın təkmilləşdirilməsindən, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərdən və əhalinin dövlət tibb müəssisələrinə olan inamının getdikcə artığından geniş məlumat verib. Həmçinin bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi xüsusi diqqət bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Ölkəmizdə tibb müəssisələrinin təmir və bərpası, imtiyazlı şəxslərin pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, uşaqların bütün tibbi xidmətlərlə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların başlıca istiqamətlərini təşkil edir.
Sonra çıxış edən Vasif Əliyev və Vüsalə Qələndərova xəstəxanada aparılan tibbi xidmətdən danışaraq, tibb müəssisəsində yaradılan şəraitə və onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirin yekununda fərqlənən bir qrup tibb işçisinə fəxri fərmanlar təqdim edilib.
Keçidlər