Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonunda 15 may – Beynəlxalq Ailə Gününə həsr olunmuş silsilə tədbirlərə start verilib

13 may 2024 | 13:05
15 may – Beynəlxalq Ailə Günü ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Göygöl Gənclər Evinin dəstəyi ilə Gənclər Evində "Məişət zorakılığı ilə mübarizə", "Erkən nikahlara yox deyək" adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl Gənclər Evinin, Göygöl Rayon Təhsil Sektorunun, Göygöl Rayon Mədəniyyət Evinin, Göygöl Rayon Peşə məktəbinin əməkdaşları iştirak ediblər.
Dəyirmi masada 15 may – Beynəlxalq Ailə Günü barədə danışılıb və qeyd olunub ki, Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği ən vacib məsələlərdəndir. Eyni zamanda məişət zorakılığının ailədəki azyaşlı uşaqlara təsiri, erkən nikah hallarının qarşısının alınma yolları, gender bərabərliyi mövzularında geniş söhbət aparılıb, hər bir iştirakçı öz fikirlərini bildirərək müəyyən təkliflər irəli sürülüb.
Tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Keçidlər