Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonun Çaylı kəndində keçirilmiş səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər öz həllini tapır

12 sentyabr 2022 | 17:54

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 16 avqust 2022-ci il tarixində rayonun Çaylı kəndində keçirilmiş səyyar qəbulu zamanı vətəndaşlar tərəfindən pay torpaqlarına gedən yolun bərpa olunması təklif olunmuşdur. Göygöl Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında Göygöl rayon Çaylı bələdiyyəsi və Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Çaylı kəndində pay torpaqlarına gedən yol bərpa olunaraq kənd sakinlərinin istifadəsinə verilmişdir.

Keçidlər