Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonu Yeni Zod kəndində “ağıllı” işıqlandırma sistemi quraşdırılıb

05 dekabr 2023 | 19:14

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Zod İcmasının təşəbbüsü və təşkilatçılığı ilə Göygöl rayonunun Yeni Zod kəndinin küçələri “ağıllı” işıqlandırma sistemi ilə təchiz olunub. Bu məqsədlə kənddə müasir texnologiyalardan istifadə etməklə fasiləsiz enerji ilə təmin olunmasına xidmət edən işıqlandırma sistemləri quraşdırılmışdır. Günəş enerjisi vasitəsilə güc yığan led lampalardan ibarət işıqlandırma sistemi mövcud imkanlara nisbətdə enerjiyə tam qənaət etməyə imkan verəcək. Quraşdırılan işıqlandırma sistemi sakinlər tərəfindən idarə olunacaq və kəndin gecə işıqlandırılmasını təmin edəcək.

Keçidlər