Göygöl rayonu Yeni Qızılca kəndində səyyar qəbul keçirilib
21 iyun 2022 | 11:03
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Yeni Qızılca kəndində səyyar görüş keçirib. Görüşdə kənd sakinləri mövcud problemləri, o cümlədən kənddaxili yolun təmir olunması, zibil qablarının sayının artırılması, arteziandan yaşayış əraziyə su xəttinin çəkilməsi məsələlərini qaldırıblar. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.