Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində olan ümumi təhsil müəssisələrinin tarix və ibtidai sinif müəllimləri ilə görüş keçirilmişdir
02 aprel 2024 | 15:35
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin iştirakı ilə keçirilən görüşdə Dozular kənd tam orta məktəbinin müəllimi Nurlana Məmmədova, Nadil kənd tam orta məktəbinin müəllimi Türkan Əlizadə və Çaykənd kənd ümumi orta məktəbinin direktoru Anar Rzayev çıxış edərək Azərbaycan tarixi fənninin tədrisinə yeni yanaşmaların zərurətini qey etmişlər.Bu fənnin tədrisində gələcək nəsillərdə öz soykökünə, adət və ənənələrinə, tarixi keçmişinə bələd olan şagirdlərin yetişdirilməsinin vacibliyi qeyd olunmuşdur.
Görüşdə çıxışçılar tərəfindən ibtidai təhsil səviyyəsinin düzgün müəyyənləşdirilməsi şagirdin gələcək təhsil fəaliyyətinin uğurlu olması üçün əhəmiyyətindən, hər şagirdin fərdi keyfiyyətlərinin nəzərə alınaraq tədrisə cəlb edilməsi və bu sahədə məktəb psixoloqlarının fəaliyyətindən söhbət aparılmışdır.