Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonu Sarısu kənd tam orta məktəbdə “İlaxır çərşənbəsi” qeyd olunub

14 mart 2023 | 18:15
Göygöl Rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Göygöl rayon Sarısu kənd tam orta məktəbdə Torpaq çərşənbəsi ilə bağlı tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, aidiyyəti qurumların əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Şagirdlərin hazırladıqları bayram tədbirləri dolğun məzmunu, rəngarəngliyi ilə fərqlənib, xalqımızın milli adət- ənənələrini özündə əks etdirib.
Gur tonqal, yazın gəlişinə həsr olunmuş şeir və mahnılar, şirniyyat və şamlarla bəzədilmiş xonçalar, xalq deyimləri, yumurta döyüşü, tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Bayram şənliyi böyük coşqu, xoş əhval –ruhiyyə ilə sona çatıb. Məktəblilər milli adət-ənənələrimizlə daha yaxından tanış olublar.
Keçidlər