Göygöl rayonu Quşqara kəndində yerləşən “Osmanlı Taxıl” MMC müəssisəsi istifadəyə verilmişdir
23 may 2025 | 11:40
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Göygöl rayonu Quşqara kəndində yerləşən “Osmanlı Taxıl” MMC müəssisənin istifadəyə verilmə mərasimində iştirak etmişlər.
Osmanlı Taxıl MMC-nin təsisçisi Sənan İsmayılov bildirmişdir ki, müəssisə tam müasir texnologiya ilə təchiz edilmişdir. Əsas xammal tədarükü Rusiya Federasiyası və Qazaxıstan Respublikasıdır. Müəssisədə 4 növ məhsul emal edilir, bunlar əla növ un, birinci növ un, oboy və kəpəkdir. Günlük istehsal gücü 60 tondur, burada 30 nəfər işçi çalışır.