Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonu “İrəvan” İdman Klubunun idmançıları Dünya çempionatında yüksək nəticələr əldə ediblər

14 noyabr 2023 | 19:01
Göygöl rayonu “İrəvan” İdman Klubunun idmançıları Yaponiyanın Matsuyama şəhərində keçirilən Ashihara Karate idman növü üzrə Dünya çempionatında ölkəmizi 4 idmançı ilə təmsil ediblər. Musazadə Musa 60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək Fəxri kürsünün ən yüksən zirvəsinə qalxıb və bununla da beş qat dünya çempionu adını qazanıb. Digər təmsilçimiz Klubun məşqçi müəllimi Rəhimov Fərman bürünc, 14-15 yaş kateqoriyasında Atakişiyev Əfsər və Abbasov Vüsal gümüş medalı qazanıblar.
Bundan əlavə 3 gün davam edən yarışın yekununda “The Best” (Ən Yaxşı) tituluna təmsilçimiz Musazadə Musa layiq görülüb. Xatırladaq ki, Musazadə Musa Göygöl rayonu “İrəvan” İdman Klubunun idarə heyətinin üzvü, Klubun Karate idman bölməsinin rəhbəridir.
Bu möhtəşəm qələbə münasibətilə Göygöl rayonu “İrəvan” İdman Klubunun rəhbəri Fəxri Cəfərovu, Karate idman bölməsinin məşqçi və idmançılarını təbrik edir, yeni-yeni qələbələr arzulayırıq.
Keçidlər