Göygöl rayonu Hacıməlik qəsəbəsində səyyar qəbul keçirilib
09 avqust 2022 | 19:06
Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Göygöl rayonunda olduğu kimi icra edilir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Hacıməlik qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda qəsəbə sakinləri bir neçə təkliflər irəli sürüblər, o cümlədən qəsəbə daxili yolun təmir olunması, tullantıların texnika ilə kənara çıxarılması və digər məsələlərini qaldırıblar. Vətəndaşları dinləyən Elvin Paşayev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.