Göygöl rayonu Danayeri kəndində səyyar qəbul keçirilib
19 iyul 2022 | 10:52
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri Göygöl rayonu Danayeri kəndində səyyar qəbul keçirib. Qəbulda kənd sakinləri bir neçə təkliflər irəli sürüblər, o cümlədən kəndə gedən yolun təmir olunması və kəndin qazlaşdırılması məsələlərini qaldırıblar. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.