Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonu başdan-başa turizm məkanıdır

15 avqust 2023 | 12:05
Göygöl rayonu Azərbaycan Respublikasının qərbində yerləşir. Rayonun relyefi dağlıq, dağətəyi və düzənliklərdən ibarətdir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdə Kiçik Qafqazın Murovdağ silsiləsində yerləşən Camışdağ zirvəsidir. Rayonun mərkəzi olan Göygöl şəhəri dəniz səviyyəsindən 600 metrə yaxın hündürlükdə yerləşir. Göygöl rayonu Gəncə şəhəri, Kəlbəcər, Daşkəsən, Şəmkir, Samux və Goranboy rayonları ilə həmsərhəddir. Göygöl rayonunun ərazisi ən qədim zamanlardan son orta əsrlər dövrünədək uzun bir tarixi mərhələni əhatə edən abidələr diyarıdır. Hər addımda tarixin bir izi, bir nişanəsi yaşayır. Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları rayon ərazisindən keçir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli və ölkə əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur, bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və körpülərdir.
Son zamanlar rayonda turizm sahəsinin inkişafının daha da sürətləndirilməsi, qədim tarixi və alman irsinə olan tolerant münasibəti nümayiş etdirmək məqsədilə silsilə tədbirlərin həyata keçirilməsi, əvvəlki illərlə müqayisədə bu il rayona gələn yerli və xarici turistlərin sayının nəzərə çarpacaq qədər artmasını təmin etmişdir. Göygöl rayonu öz füsunkar gözəlliyi ilə hər bir turisti heyrətləndirir.
Keçidlər