Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayonu Balçılı kəndində səyyar qəbul keçirilib

31 may 2022 | 16:25

Göygöl rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev  rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri rayonun Balçılı kəndində səyyar görüş keçirib. Görüşdə kənd sakinləri mövcud problemləri, o cümlədən yeni yaşayış massivinə telefon xəttinin çəkilməsi, kənddaxili yolun təmir olunması,  Balçılı kəndində mərkəzi küçənin işıqlandırılması məsələlərini bildiriblər. Vətəndaşları dinləyən Turani Əliyev qaldırılan məsələlərin  həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirib.

Keçidlər