Göygöl rayonu Balçılı kənd tam orta məktəbdə maarifləndirici tədbir keçirilib
29 oktyabr 2022 | 14:27
27 oktyabr 2022-ci il tarixdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın, Göygöl rayon Polis şöbəsinin və Göygöl Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Rayonun Balçılı kənd 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahların fəsadları”, “Dini radikalizm”, “Yol hərəkəti qaydaları” və “Tütün məmulatlarından istifadənin insan sağlamlığına zərərləri” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbiri açıq elan edən Göygöl rayon Polis şöbəsinin rəis müavini polis polkovnik-leytenantı Elzadə Cəfərov tədbirin keçirilməsinin məqsədi və mövzular haqqında ümumi məlumat verib. Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən “YYÇ-ın işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın məsləhətçi psixoloqu Ceyhun Hümbətov Tütün məmulatlarından istifadənin insan sağlamlığına zərərləri və Erkən nikahların insan həyatında fəsadları və yarada biləcəyi problemlər haqqında, Göygöl RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru polis kapitanı Vüqar Məmmədov Narkomaniya və Dini Radikalizm haqqında, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın direktoru Vasif Əliyev isə narkotik maddələrin insan sağlamlığına mənfi təsirləri haqqında geniş məlumat veriblər. Daha sonra video çarx nümayiş olunub və tədbir diskussiya formatında davam edib.