Göygöl rayon Uşaq və Ailələrə Dəstək mərkəzində Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib
03 dekabr 2022 | 14:22
Beynəlxalq Əlillər Günü — 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur. Bu gün münasibəti ilə Göygöl rayon Uşaq və Ailələr Dəstək mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.
Aidiyyəti nümayəndələrin iştirakı keçirilən tədbirdə uşaqlar üçün musiqili əyləncəli proqramlar, əl işlərindən ibarət sərgilər təşkil edilib, uşaqlara nağıllar oxunub, hədiyyələr təqdim olunub.