Göygöl rayon ümumtəhsil məktəblərində və rayon Peşə məktəbində “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib
16 sentyabr 2024 | 11:50
2024-2025-ci tədris ilinin başlanması ilə bağlı Göygöl rayon ümumtəhsil məktəblərində və rayon Peşə məktəbində “Bilik Günü”nə həsr olunmuş tədbir keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aparatın məsul şəxsləri məktəblərdə təşkil olunmuş tədbirlərdə iştirak edərək, yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibəti ilə müəllim və şagird kollektivini təbrik edib, təhsilə göstərilən yüksək dövlət qayğısından, bu sahədə həyata keçirilən islahatlardan və qazanılan uğurlardan danışıblar.
Xatırladırıq ki, bu il Göygöl rayonu üzrə I siniflərə 811, məktəbəhazırlıq qruplarına isə 632 uşaq qəbul olunub, ümumi şagird sayı 10636 nəfər təşkil edir. Göygöl Peşə məktəbində isə 20 qrupda 336 nəfər tələbə təhsil və təlimə cəlb olunub.