Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib

14 iyun 2024 | 17:05
Bu gün rayonun ümumtəhsil müəssisələrində 2023-2024-cü tədris ilinin başa çatması ilə bağlı “Son zəng” tədbirləri keçirilib. Təhsil Nazirinin müvafiq əmri ilə “Son zəng” tədbiri hər bir ümumtəhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan məktəbin idman və ya akt zallarında təşkil olunub.
“Son zəng” tədbirlərində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Aparatının bütün əməkdaşları, eyni zamanda rayon üzrə Təhsil sektorunun nümayəndələri, məktəb kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. “Son zəng” tədbiri müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, 2023-2024-cü tədris ilində Göygöl rayon ümumtəhsil məktəblərində 10 mindən çox şagird oxuyub, onlardan IX siniflərdə 954 nəfər, XI siniflərdə isə 680 nəfər şagird təhsil alıb.
Bütün məzunlarımızı təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.
Keçidlər