Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü liseyin şagirdləri SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında qalib olublar

11 dekabr 2023 | 11:13
4-8 dekabr 2023-cü il tarixlərində “Baku Expo Mərkəzi”ndə keçirilən SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında Göygöl rayonunu Texniki və Təbiət Fənləri Təmayüllü liseyin şagirdləri həmçinin VII qrant müsabiqəsinin qalibi First Goygol Robotics layihəsinin müdavimlərindən ibarət 2 komanda təmsil etdi.
Galactic Power komandasının üzvləri şəhid Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva, Aysel Məmmədova Mexatronika kateqoriyası üzrə respublika birincisi olaraq qızıl medal qazanıb.
İnnovativ sərgi kateqoriyası üzrə Young Engineers komandasının üzvləri Nərmin Allahverdiyeva, Emin Allahverdiyev, Aysel Sadıqova da qalib olublar.
Hər iki komanda həmçinin "atractive team" xüsusi nominasiyası üzrə birinci yerə layiq görülüb. Komanda mentoru Texniki və Təbiət Fənləri Təmayüllü liseyin coğrafiya STEAM müəllimi Ləman Novruzovadır.
Keçidlər