Göygöl rayon Peşə məktəbində təlim keçirilib
10 aprel 2023 | 15:44
Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl Gənclər və İdman İdarəsi, Göygöl Gənclər Evi SXM və Göygöl Peşə Məktəbinin birgə təşkilatçılığı ilə rayon gəncləri və Peşə məktəbinin şagirdlərinin iştirakı ilə “Erkən nikahlara yox deyək”, “Gender əsaslı zorakılıqla mübarizə” və “Qadın hüquqlarının müdafiəsi” mövzularında maarifləndirici tədbir keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Ceyhun Hümbətov tədbiri giriş sözü ilə açaraq “Erən nikahların, Məişət Zorakılığının qarşısının alınması və Qadın hüquqlarının müdafiəsi” ilə bağlı Rayon İcra Hakimiyyətində görülən işlər barədə ümumi məlumat verərək bu problemlərin qarşısının alınmasında ictiami qınağın vacib olduğunu bildirib.
Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru İsmayılzadə Şəhriyar çıxış edərək erkən nikahın və xüsusilə qohumlar arsında nikahın mənfi nəticələri barədə geniş məlumat verib.
Göygöl Gənnclər və İdman İdarəsinin baş məsləhətçisi Dünyavi Məmmədova qız uşaqlarına bəzi valideynlərin ailədə ağır yük kimi baxması, təhsildən yayındırılaraq tez tələsik hansısa bir qohumla erkən nikaha sövq edilməsi halları haqqında və həmin uşaqların psixoloji travma almaları, bunun gələcəkdə doğuracağı pis fəsadlar barədə çıxış edib.
Tədbirin sonunda peşəkar-təlimçi Yeganə İgəndərova mövzu ətrafında diskusiya şəklində uşaqlara təlim keçmişdir.