Göygöl rayon MKTİB-nin kollektivi 28 May Müstəqillik gününü qeyd edib
Göygöl rayon MKTİB-nin kollektivi tərəfindən 28 May Müstəqillik gününü ilə bağlı Göygöl rayon Gənclər Mərkəzində toplantı keçirilib. Toplantıda Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ceyhun Qasımov, Göygöl rayon MKTİB-nin rəisi Səfiyar Uğuruyev və birliyin kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, 1918-ci ilin may ayının 28-də Şərgdə ilk demokratik Respublika Azərbaycan Demokratik Respublikası yaradılmışdır. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Lakin cəmi 23 ay yaşadıqdan sonra 1920-ci ilin aprel ayınının 28-də Sovet Rusiyası tərəfindən süquta uğramışdır.
Çox sevindirici haldır ki, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə öz müstəqilliyini yenidən bərpa edərək qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması bundan da çətindir” müdrik kəlamı söyləmiş ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, Azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yenidən həqiqətə çevrilməsinə nail oldu.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan hüququn aliliyi, demokratiya və dünyəvilik prinsipləri üzərində qurulmuş müstəqil dövlət kimi öz inkişafının ən parlaq dövrünü yaşayır.
Tədbirin sonunda əməkdə fərqlənən işçilərə xatirə hədiyyələri təqdim olunub.