Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə Göz xəstəlikləri bölməsi fəaliyyətə başlayıb

23 fevral 2024 | 16:27
Göygöl Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin nəzdində Göz xəstəlikləri bölməsi fəaliyyətə başlayıb. Yeni yaradılan Göz xəstəlikləri bölməsi müasir tibbi avadanlıqlarla, dərman və dərman vasitələri ilə təchiz olunub.
Həkim-oftalmoloq Azər Məmmədovun rəhbərlik etdiyi bölmədə xalazion, pterigium, göz qapağında plastik əməliyyatlar, qapağın xaricə doğru qatlanması, katarakta fako, qlaukoma, yaş kisəsində əməliyyatlar, çəpgözlük, henukulasiya əməliyyatı, evisirasiya əməliyyatı, gözdə müxtəlif travmalar, gözdə yad cisimlərin çıxarılması əməliyyatlarının icra edilməsi nəzərdə tutulub.
Xəstəxanada bu imkanların yaradılması Göygöl rayon sakinlərinin uzaq məsafə qət etmədən zamanına qənaət edərək tibbi xidmət almasına imkan yaradacaq.
Keçidlər