Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Mədəniyyət Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş konsert proqramı təşkil edilib

26 dekabr 2023 | 18:45

Göygöl rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Göygöl rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü il "Heydər Əliyev İli"nə həsr olunan konsert proqramı təşkil edilib. Tədbirdə rayon ictimaiyyəti, yazıçı və şairlər, ziyalılar və mədəniyyət işçiləri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı video-çarx təqdim olunub. Sonra Göygöl rayon "Nərgiz" xalq kollektivinin ifasında Ulu Öndərə həsr olunmuş vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

Keçidlər