Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl rayon Mədəniyyət Mərkəzində 15 may - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib

15 may 2024 | 18:40
Göygöl Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl Rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, Rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, yazıçı publisist Fazil Sənan, şairə Mələk İsmayıl, nümunəvi ailələr və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan, Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova bildirib ki, ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır. Ailə həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Ölkəmizdə ailə hər zaman müqəddəs sayılıb və bu gün də cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Ailə özü kiçik bir dövlətdir. Xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan ailəsini hər zaman diqqət mərkəzində saxlamış, ailə meyarlarına onun öz münasibəti, öz yanaşması olmuş, milli- mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim önəm vermişdir. Azərbaycanda gənc ailələrə dövlət qayğısı sabaha və uğurlara hesablanan siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Tədbirdə çıxış edən Kəmalə İbrahimova, Vüsal Rzayev, Fazil Sənan və Mələk İsmayıl ailə dəyərləri və Azərbaycan ailəsi barədə öz fikirlərini söyləyiblər.
Tədbir gənc ailələrlə diskussiya şəklində davam edib. Tədbir iştirakçılarına maraqlı konsert proqramı təqdim olunub.
Keçidlər