Göygöl rayon “İrəvan” idman klubunun uğurlu fəaliyyəti
16 yanvar 2023 | 09:59
Göygöl rayonunda idmanın kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Bunun üçün də lazımı şərait yaradılıb. Rayonda Olimpiya İdman Kompleksi, Uşaq-Gənclər idman və şahmat məktəbi, bir neçə idman klubu və bölməsi fəaliyyət göstərir. Qərbi Azərbaycan İcmasının daima dəstək verdiyi 2020-ci ildə yaradılan Göygöl rayon “İrəvan” idman klubu nəticələri ilə hər zaman öndə olan klublardandır. “İrəvan” idman klubu mütəmadi olaraq Göygöl Rayon Gənclər və İdman İdarəsi ilə birlikdə İdmanın müxtəlif növləri üzrə rayondaxil turnirlər, birinciliklər keçirir. Hal-hazırda Göygöl rayon “İrəvan” idman klubunda 200 nəfərə yaxın idmançı idmanla məşğul olur. İdmançıların peşəkarlığını artırmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün klub mütamadi olaraq daxili yarışlar, rayon birincilikləri, açıq çempionatlar və kütləvi idman tədbirləri təşkil edir.
1996-cı ildə gənclər arasında, 1998-ci ildə böyüklər arasında Rusiya çempionu olan, Beynəlxalq turnirlərin qalibi və mükafatçısı, 2-ci dan qara kəmər ustası, 24 il məşqçi müəllim işləyən İrəvan idman klubunun direktoru Cəfərov Fəxri Faiq oğlunun peşəkarlığı və işinə məsuliyyətlə yanaşması sayəsində Göygöl Rayon İrəvan İdman klubunun tərkibində İdmanın 6 növü üzrə bölmələr fəaliyyət göstərir. Fəaliyyətə başladığı 2 il müddətində Azərbaycan, Dünya, Avropa çempionatlarından çoxlu sayda qızıl, gümüş və bürünc medallarar qazanılıb.
2021-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “ABC JJ” idman növü üzrə Dünya çempionatında 60 kq çəki dərəcəsində qızıl medal qazanan Səbuhi Məmmədov, 2021-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda keçirilən “MMA” idman növü üzrə Avropa çempionatının gümüş mükafatçısı Nail Əzizov, 2019-cu ildə Rusiya Federasiyasnın Petiqorsk şəhərində keçirilən açıq reqion Turnirinin qızıl medal mükafatçıları Məmmədli Məhəmməd, Qurbanzadə Yusif, Kakayev Ayxan, Şahvələdli Səmayə, Əliyev Akif, Əliyev Xanlar, 2019-cu ildə Gürcüstan Respublikası açıq birinciliyi Turnirində İsmayılov Feyzulla, Qurbanzadə Yusif, Kakayev Ayxan, Əliyev Akif, Məmmədli Məhəmməd, Şahvələdli Səmayə çempionatdan qızıl medal qazanıblar.
Azərbaycan çempionatlarında “MMA” idman növü üzrə Azərbaycan çempionları Aslanov Kamran, Məmmədov Amin, Kakayev Ayxan, Kazımova Aysun, Taekvondo “İTF və Hapkido” idman növü üzrə Azərbaycan çempionları Mahmudbəyli Ağamirzə, Hacıyev Aydın, Qurbanzadə Yusif, Məmmədli Məhəmməd, Hüseynzadə Raul, Sadıqova Nuray, “Savate” (Fransız boksu) idman növü üzrə Azərbaycan çempionları İbrahimli İbrahim, Məmmədova Nuray, Nəsirova Elvira, “Universal Döyüş” idman növü üzrə Azərbaycan çempionları Novruzova Çinarə və Sadıqov Talıb kluba ən yüksək nəticə Azərbaycan çempionları adını qazanıblar.
2022-ci ildə Taekvon-do İTF və Hapkido Fedarasiyasının keçirdiyi açıq Bakı birinciliyində Klub ən yaxşı nəticə əldə edib. 16 idmançının 12 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə və 2 nəfər 3-cü yerə layiq görülüb. 2022-ci ildə “MMA” Fedarasiyasının keçirdiyi İlin ən yaxşı klubu nominasiyası “İrəvan” idman klubu seçilib.