Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İrəvan İdman Klubunun növbəti uğuru

12 aprel 2024 | 18:35
05-07 aprel 2024-cü il tarixlərində İtaliyanın Genova şəhərində Savat assaut və kombat versiyası üzrə kadetlər, gənclər və böyüklər kateqoriyasında keçirilən beynəlxalq turnirdə Göygöl Rayon İrəvan İdman Klubunun idmançıları 30 kq çəki dərəcəsində Hüseynzadə Raul və 48 kq çəki dərəcəsində Məmmədli Məhəmməd rəqiblərinə qalib gələrək turniri qızıl medalla başa vurmuşlar.
Bildiririk ki, idmançıların hər ikisi də Göygöl şəhər 1 nömrəli tam orta məktəbin şagirdləridir. Göygöl Rayon İrəvan İdman Klubunun Savat idman bölməsində idmanla məşğul olurlar, şəxsi məşqçiləri beynəlxalq turnirlərin qalibi İkinci DAN qara kəmər ustası Fəxri Cəfərovdur.
İdmançılarımızı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Keçidlər