Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı tədbir keçirilib

19 sentyabr 2023 | 11:45
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Gənclər evinin direktoru Şəhriyar İsmayılzadə, Rayon İcra Hakimiyyəti başçının  şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, təhsil işçiləri  və gənclər  iştirak ediblər.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Kəmalə İbrahimova bildirdi ki, 20 sentyabr 1994-cü il ölkəmiz üçün tarixi bir gündür. 29 il bundan öncə ölkəmizin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalanmışdır. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Dünyada sənaye üsulu və dəniz yataqlarında ilk dəfə neft çıxarılan ölkəmizdə o gündən bu günədək böyük həcmdə neft hasil edilmişdir və Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir.  
Tədbirdə çıxış edən Vüqar İsayev vurğulayıb ki, 1991-1993-cü illərdə siyasi böhran, iqtisadi sahədə yaşanan tənəzzül ölkəmizin inkişafı üçün maneələr törədirdi. Azərbaycan xalqı təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ulu Öndərin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bildi. Ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin müqviləsi”nin imzalanması bu addımlar sırasında xüsusi yer tutur. 1994-cü ildə isə Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisəsinə çevrilmişdir. Bu təntənəli mərasimdən 23 il sonra - 2017-ci il sentyabr ayının 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilmişdir.     
Tədbirdə çıxış edən Zaur Abbasov, Şəhriyar İsmayılzadə və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan "Əsrin müqaviləsi"nin Azərbaycana gətirdiyi uğurlardan danışaraq, ilk olaraq neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldildiyini, Azərbaycanın öz neftini insan kapitalına çevirə bildiyini, eyni zamanda respublikamızın bütün sahələrində tərəqqiyə nail olunduğunu, şəhərlərin, qəsəbələrin, kəndlərin inkişaf etdiyini, o cümlədən ölkə ərazisində 3 mindən artıq məktəbin, 600-dən çox xəstəxananın, bölgələrdə 50-dən çox Olimpiya İdman Komplekslərinin  tikildiyini, yolların çəkildiyini, həmçinin enerji infrastrukturunun, iqtisadiyyatın şaxələndirilməsinin neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə nəticəsində mümkün olduğunu vurğulamışlar.
Keçidlər