Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşı yaş həddi ilə bağlı təqaüdə göndərilib
10 yanvar 2023 | 17:56
Dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Məmməd oğlu Abbasovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Azad Abbasov uzun müddət hərbi sahəsində zabit kimi xidmət etmiş, təhsil sahəsində müəllim kimi fəaliyyət göstərib və 2004-cü ilin iyul ayından hal-hazırkı müddətədək Göygöl Rayon İcra Hakimiyyəti başçısının Topalhəsənli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində işgüzarlığı, bacarığı və nizam intizamı ilə seçilib. Əhali arasında böyük nüfuza malikdir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azad Abbasovla görüşü zamanı ona xoş arzularını çatdırıb və rayonun ictimai həyatında ağsaqqal kimi fəal iştirak etməsini tövsiyyə edib.