Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev növbəti operativ müşavirə keçirib
İyunun 2-də Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Aparatının, İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.
Müşavirəni giriş sözü ilə açan Turani Əliyev müşavirədə Dövlət Proqramlarında və Tədbirlər Planlarında icrası nəzərdə tutulan layihə və tədbirlərin digər qurumlarla qarşılıqlı formada rayon ərazisində keyfiyyətlə və vaxtında həyata keçirilməsinin vəziyyəti barədə məlumat verərək həllini gözləyən bir sıra məsələlərin nəzarətdə saxlanılmasını və tezliklə icra olunmasını tapşırıb. Turani Əliyev müşavirə iştirakçılarına bildirib ki, əmək intizamına nəzarət gücləndirilməli, işçilər geyim qaydalarına xüsusi ilə diqqət yetirməli, rayon ərazisində qanunsuz tikililər bir daha da müəyyənləşdirilməklə hüquqi tədbirlərin görülməsi davam etdirilməli, yetkinlik yaşına çatmayanların erkən nikahının qarşısının alınması və azyaşlıların təhsilə cəlb olunması üçün bundan sonra da maarifləndirici və ciddi əməli tədbirlər aparılmalı, ev təsərrüfatlarının uçotu kitabının bütün bölmələri Statistika Komitəsinin elektron portalı ilə paralel olaraq dəqiqliklə işlənərək hazırlanmalı, bir yaşayış məntəqəsində qeydiyyatda olan, lakin digər yaşayış məntəqəsində, o cümlədən xarici ölkələrdə yaşayan şəxslər barədə məlumatlar fərdi qaydada dəqiqləşdirilməli, vətəndaşların qeydiyyata alınması və təsərrüfatbaşına kitabların onlayn vəziyyəti daima diqqətdə saxlanmalıdır.
Operativ müşavirədə gündəlikdə duran digər məsələlər də tədbir iştirakçıları ilə birgə müzakirə və təhlil edilərək yerində aidiyyəti üzrə tapşırıqlar verilərək icrasının təmin olunması tapşırılmışdır.