Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı yanında müşavirə keçirilib

03 aprel 2023 | 18:30
Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında  rayonda  fəaliyyət  göstərən idarə, müəssisə və  təşkilatların  2022-ci ilin yekunları və 2023-cü ilin I rübü  ərzində görülmüş  işlər və qarşıda  duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri iştirak ediblər.
Müşavirədə rayonda  fəaliyyət  göstərən idarə, müəssisə və  təşkilatların  2022-ci ilin yekunları və 2023-cü ilin I rübü  ərzində görülmüş  işlər və qarşıda  duran vəzifələrə dair hesabatları dinlənilib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib. Müşavirənin yekununda qərar layihəsi qəbul olunub.
Keçidlər