Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı yanında hesabat müşavirəsi keçirilib

25 aprel 2024 | 20:03
Göygöl Rayon İcra Hakimiyyəti başçısı yanında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların 2023-cü ilin yekunları və 2024-cü ilin I rübü ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Müşavirədə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların 2023-cü ilin yekunları və 2024-cü ilin I rübü ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabatları dinlənilib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib, müşavirənin yekununa dair qərar layihəsi qəbul olunub.
Sonda hesabat dövrü ərzində rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup şəxsə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.
Keçidlər