Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı yanında hesabat müşavirə keçirilib

10 aprel 2025 | 19:55
Hesabat müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatlarının, özəl sektorların, siyasi partiyaların, ağsaqqalların, gənclərin, ziyalıların nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.
Hesabat müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Aparatının ayrı-ayrı şöbələrinin, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabatları dinlənilib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib, müşavirənin yekununa dair qərar layihəsi qəbul olunub.
Sonda hesabat dövrü ərzində rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup şəxs Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Keçidlər