Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilib
30 sentyabr 2022 | 14:49
Ölkə rəhbərliyinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilərək, sakinləri narahat edən müraciət və təklifləri dinlənilib.
Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qəbulu növbədən kənar təşkil olunub. Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən suvarma suyun çatışmazlığı, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, evinin təmir olunması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.