Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Dozular kənd sakinləri ilə səyyar qəbulu keçirilib

30 avqust 2022 | 19:12
     Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev  rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri ilə birgə Dozular kəndində səyyar görüş keçirib. Görüş kənd icra nümayəndəliyinin inzibati binasının akt zalında təşkil olunub.
     Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər, Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd etdi və bu portaldan istifadə etməklə müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verdi.
     Qəbul zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin qazlaşdırılması, elektrik xətlərinin SİP kabel ilə əvəz edilməsi və dayaqların yenilənməsi, suvarma suyuna olan tələbatın ödənilməsi və digər təkliflərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər