Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin Hacıməlik qəsəbə sakinləri ilə keçirdiyi səyyar görüşdə qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilmişdir

22 avqust 2022 | 11:44
     Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin sakinlərlə keçirilən səyyar görüşlər zamanı vətəndaşların müraciətlərinə əsasən onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi istiqamətində tədbirlər davam edir.
     09 avqust 2022-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısının Hacıməlik qəsəbəsinin sakinləri ilə keçirdiyi səyyar qəbul zamanı vətəndaşların qəsəbədaxili yolların və qəsəbənin yuxarı hissəsində əvvəllər qoyulmuş su çəninin təmir olunması təklifləri operativ şəkildə həll edilmiş, qaldırılan məsələlər öz həllini tapmışdır.
Keçidlər