Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin Aşıqlı kənd sakinləri ilə səyyar görüşü təşkil olunub

04 oktyabr 2022 | 09:00
     Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 04 oktyabr 2022-ci il tarixində Aşıqlı kənd tam orta məktəbdə kənd sakinləri ilə səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
    Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edərək, vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.
     Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin su təminatının və sanitar təmizliyinin yaxşılaşdırılması, məktəbin qarşısında yol nişan keçidinin qoyulması və  digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər