Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Zurnabad kəndində vətəndaşlarla səyyar görüş keçirib

11 iyun 2024 | 16:47
Göygöl rayonu Zurnabad kənd tam orta məktəbin akt zalında keçirilən səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup Zurnabad kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən kəndin içməli su ilə təmin edən xəttin təmir edilməsi, kəndə gələn avtomobil yolunun asfaltlanması, kəndin təbii qazla təmin edilməsi, avtomobil yolunun kənarındakı novdan axan yağış sularının əkin sahələrinə dolmaması üçün tədbir görülməsi, vətəndaşın işlə və odun yanacağı ilə təmin olunması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər