Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Xaqani kənd sakinləri ilə səyyar görüş keçirib

11 yanvar 2024 | 11:47
Xaqani kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Xaqani kəndinin sürətli internet xətti və daimi poçt xidməti ilə təmin olunması, mövcud subartezian quyusunun təmiri, kənd məktəbinin su ilə təminatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər