Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev vətəndaşları qəbul edib

05 avqust 2022 | 19:44
     Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti dəfə rayon sakinlərini qəbul edib, müraciətlərini dinləyib.
     Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.
     Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, evinin təmir olunması, suvarma və içməli suyun çatışmazlığı, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.
    Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırılan bütün məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Keçidlər