Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla görüşüb
14 noyabr 2023 | 16:29
Göygöl Rayon İcra Hakimiyyətində keçirilən görüşdə tarix boyu Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirərək, bir-birinin sevincini və kədərini bölüşdüyündən söhbət açılıb.
Eyni zamanda İcra başçısı tərəfindən Baş konsula Göygölün tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verilib, rayonun turizm potensialı və gələcəkdə bu sahənin inkişafı ilə bağlı həyata keçiriləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq xatirə fotosu çəkdirilib.