Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən vətəndaşlar qəbul edilib müraciətləri dinlənilib

01 avqust 2022 | 19:11

     Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulunu keçirilib, onların problem və müraciətləri dinlənilib.

     Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon  icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,  xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq  aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edilib.

Keçidlər