Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən Göygöl şəhərində səyyar qəbul keçirilib

04 aprel 2024 | 18:02
Göygöl şəhəri Əziz Əliyev, Azər Eldarzadə və Niyazi küçələrinin sakinləri ilə keçirilən səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən şəhid Ceyhun Niftəliyev küçəsinin aşağı hissəsinin təmir olunması, fərdi evə qaz xəttinin çəkilməsi, sahibsiz küçə itləri ilə bağlı qanunamüvafiq tədbir görülməsi, Hüseyn Arif küçəsinin gecə işıqlandırılması, yaşadıqları ərazidə məktəb binasının tikilməsi, vətəndaşın həyətyanı torpaq sahəsinə təsərrüfat suyunun verilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahə ilə təmin edilmə və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər