Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Yeni Zod kəndində səyyar qəbul keçirib
25 sentyabr 2024 | 10:20
Keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Yeni Zod kəndindən keçən hissəsində avtomobillərin sürətinə nəzarət etmək üçün qanunamüvafiq tədbirlərin görülməsini, Etibar Hacıyev küçəsinin içməli su ilə təmin edilməsini, əkin sahələrinə gedən avtomobil yolunda hərəkətə maneçilik yaradan elektrik dirəyinin yerinin dəyişdirilməsini və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.