Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Quşqara və Səmədli kənd sakinləri ilə səyyar görüş keçirib

18 yanvar 2024 | 18:15
Səyyar görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, YAP rayon təşkilatının sədri Vüqar İsayev, rayon Prokuroru Rəsul Həsənov, rayon Polis şöbəsinin rəisi Zaur Nəsirov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Natiq Musayev, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakinlərini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Quşqara kənd məktəbinin və şəhid bulağının su ilə təminatının yaxşılaşdırılması, kənddaxili yolların və subartezian nasosunun təmir olunması, kəndə verilən təbii qazın təzyiqinin nəzarətdə saxlanılması, güclü külək zamanı elektrik enerjisi təminatında yaranmış fasilələrin aradan qaldırılması, müharibə əlilinin evlə təmin olunması, kənddə “Kapital bank”a məxsus bankomatın quraşdırılması, Səmədli kəndində yeni qazılan subartezian quyusunun giriş-çıxışına maneçilik törətdiyi üçün qaz xəttinin yerinin dəyişdirilməsi, kənddaxili yolun təmir olunması və kəndə gələn mərkəzi yolun asfaltlanması, müharibə iştirakçısının işlə təmin olunmasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər