Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Quşqara kəndində səyyar qəbul keçirib
10 dekabr 2024 | 20:01
Keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kənddə yeni subartezianın vurulmasını və qış aylarında kəndə verilən qazın təzyiqinin artırılmasını, sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün Quşqara-Şəmkir avtomobil yolunun Quşqara kənd tam orta məktəbin qarşısından keçən hissəsində işıqforun quraşdırlmasını, sahibsiz itlərlə bağlı qanunamüvafiq tədbir görülməsini və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.