Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əlimədədli kəndində səyyar qəbul keçirib

28 iyun 2024 | 18:45
Keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı bir qrup Əlimədədli kənd sakinini dinləyən Rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən subartezianı təmin edən köhnəlmiş elektrik naqillərinin yenilənməsi, Samux rayonu istiqamətində hərəkət edən avtobusun marşrut xəttinin Əlimədədli kəndinə qədər uzadılması, Samux rayonu istiqamətinə gedən yolun təmiri, Əlimədədli kənd məktəbinin istilik təchizatının dizel yanacağından təbii qaz yanacağına keçirilməsi, kənddaxili avtomobil yolunun təmiri və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər