Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Çaylı və Dozular kəndlərində səyyar görüş keçirib
26 yanvar 2024 | 18:26
Keçirilən səyyar görüşlərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Çaylı kəndinin internetlə təmin olunması, Kürəkçayından qapalı boru vasitəsi ilə kəndə çəkilmiş su xəttinin müəyyən hissəsinin yenilənməsi, kənddaxili yolların təmir edilməsi, yol hərəkətinin nizamlanması məqsədi ilə Çaylı-Dozular avtomobil yolunda nişanlanma xəttinin çəkilməsi, vətəndaşın evinə qaz xətti çəkilməsinə köməklik göstərilməsi, Dozular kəndinin yuxarı hissəsinin yolunun təmir olunması, kəndin təbii qazla təmin edilməsi, su anbarının təmizlənməsi, elektrik dayaqlarının nə naqillərinin yenilənməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.