Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Çaylı kəndində səyyar görüş keçirib

20 noyabr 2024 | 17:56
Keçirilən səyyar görüşlərdə Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri iştirak ediblər.
Rayon İcra hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/  platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakini dinləyən Rayon İcra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Çaylı kəndinə gələn avtomobil yolunda nişanlanma xəttinin çəkilməsi və sürət həddi nişanlarının quraşdırılması, içməli su xəttinin içməli su şəbəkəsinin qurulması, elektrik dayaqlarının və naqillərin yenilənməsi, məktəbin yaxınlığındakı iri şam ağaclarının budanması, kəndin aşağı hissəsində internetlə təmin olunmayan evlərə internet verilməsi, istilik sistemi dizel olan kənd həkim məntəqəsində müasir istilik sisteminin qurulması, kənddaxili arxların təmizlənməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər